Məktəblər nə vaxt açıla bilər? — AÇIQLAMA

SOSİAL 03 avq 2020, 19:14

“Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibb mütəxəssisləri birlikdə məktəblərin yeni tədris ilində açılmasını müzakirə etsinlər. Həmin müzakirələr davam etdirilir”.

 

Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq:

 

“Burada digər ölkələrin təcrübələrinə müraciət edilir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top