Məktəblərin açılması 3 ay təxirə salına bilərmi? — AÇIQLAMA

SOSİAL 03 avq 2020, 14:09

Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya görə dünya üzrə fövqəladə vəziyyəti 3 ay uzadılması ilə bağlı qərar qəbul etdi. Bizdə də karantin rejimi uzadılsa, məktəblərin açılması 3 ay təxirə salına bilərmi?


Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil ekspeti Kamran Əsədov bildirib ki, artıq dünyanın bir çox ölkələrində yeni tədris ilinin açılmasına hazırlıq gedir:


“Pandemiyanın davam etməsindən asılı olmayaraq müəyyən qaydalara riayət etməklə tədrisin bərpası mümkündür. İlk növbədə tədris ili başlayana qədər hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunmalıdır. Mart ayından etibarən xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin”.

 

 

Kamran Əsədov vurğulayıb ki, I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın:


“X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin. Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın”.


Ekspet təklif edib ki, indidən məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin:


“Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər. Qapıda qızdırma ölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin. Məktəblər açılarsa, vacibdir ki, sanqovuşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın. Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun”.


O, fikrini belə tamamlayıb:


“Düşünürəm ki, dərdlərdə şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər. Bu və digər qaydalara riayət etməklə tədrisin bərpası mümkündür. Hətta istənilən karantin rejimində”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top