"OBA" marketdən oğurluq edildi

KRİMİNAL 03 avq 2020, 12:15

Bakıda marketdə oğurluq hadisəsi baş verib.


Anews.az-ın xəbərinə görə, hadisə avqustun 2-i saat 16:30 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Oba market”də qeydə alınıb.

 

Belə ki, marketə daxil olan müştəri oradan mineral su və spirtli içki oğurlayıb.


Daha sonra ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Kamal Mustafayev saxlanılıb və ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top