Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə çatır

DÜNYA 03 avq 2020, 11:17

Ermənistanda daha 52 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 102-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 762-yə çatıb. İndiyədək 29 861 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 8 251 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top