Bakıda 61 yaşlı qadın yol qəzasında xəsarət aldı

HADİSƏ 03 avq 2020, 10:38

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.


Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb.


Yaralı  3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top