Kosovonun baş naziri koronavirusa yoluxdu

DÜNYA 03 avq 2020, 09:33

Kosovonun baş naziri Avdullah Hotinin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.


Demokrat.az xəbər verir ki, bu barədə baş nazir özünün “Facebook” hesabında yazıb.


“Bu gün verdiyim koronavirus testi pozitiv çıxıb. Heç bir simptom yoxdur, çox yüngül öskürəyim var”-deyə, o bildirib.


Baş nazir iki həftə müddətində özünütəcrid rejimində olacaq, vəzifəsini kənardan icra edəcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top