Qarabağ qazisi avtomobil qəzasında həlak oldu — FOTO

HADİSƏ 03 avq 2020, 09:20

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 


"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb. 


Belə ki,  rayon sakini,  1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. 


Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top