ABŞ prezidenti Donald Tramp və İranın dövlət başçısı Həsən Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasında bir-birlərini təhdid edən açıqlamalar veriblər.
Demokrat.Az xəbər verir ki, Tramp İranı daha çox sanksiyalarla təhdid edərkən, Ruhani də amerikalı həmkarında “zəka zəifliyi” olduğunu bildirib.
Tramp İranın dünyada terrorizmin sponsoru olaraq təqdim edib:
“İran liderləri xaos və ölüm tumurcuqları əkirlər. Qonşularına, sərhədlərinə və xalqların suverenlik haqlarına hörmət etmirlər. İran dünyada ən təhlükəli silahlarla təhdid yaradır. “Amerikaya ölüm” deyən və İsraili yox etməklə təhdid edən bir rejimə qarşı mübarizə aparacağıq”.
Daha sonra açıqlama verən Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton İrandakı rejimi “qanlı” adlandırdı:
“Bu gün açıq-aşkar mesaj verirəm. Sizi izləyirik. Tehran rejimindən ABŞ-a, vətəndaşlarına və müttəfiqlərinə zərər gəlsə, həmin an qiyamət qopacaq".(Azadinform)