"İndiki filmlərin çoxu "odnorazovıy şpris”ləri xatırladır" — Xalq artisti

ŞOU-BİZNES 01 avq 2020, 21:45

Ölkəmizdə son illər çoxlu sayda filmlər çəkilsə də, bu filmlərin keyfiyyəti, baxımlılıq səviyyəsi, özündə ehtiva etdiyi ideya və s.kimi məsələrlə bağlı ciddi narazılığın olduğu kimsəyə sirr deyil. Peşəkarlıq baxımından aşağı səviyyədə olan bu filmlər zaman-zaman media və sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmaqdadır.

 

Maraqlıdır, professionallıq baxımından ortaya həqiqi sənət nümunəsi çıxarmaq üçün bu çəkilişlərdə peşəkar, bu sənətdə öz sözünü deyən, zəngin təcrübəyə malik yaşlı və orta nəslin nümayəndələrinin iştirakını təmin etmək, onların məsləhət və tövsiyələrini dinləmək faydalı olmazmı?

 
Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov buna böyük ehtiyac olduğunuq qeyd etdi:


“Peşəkarlardan məsləhət almaq, onların tövsiyəsini dinləmək gənc nəslin özü üçün xeyirli olar. Çünki indi film çəkmək oyuncağa dönüb. Kim istəyir, çiyninə bir kamera qoyub film çəkir. Nəticədə ortaya çıxan filmlər "odnorazovıy  şpris”ləri xatırladır. Cəmi 1-2 gün yadda qalır, sonra isə unudulur.


Baxın, o dövrün ən zəif Azərbaycan filmlərinə dəfələrlə baxsan da, yenə də baxmaq istəyrisən, televizorun qarşısından çəkilə bilmirsən. Çünki kişilər yaradıblar, orata əsl iş qoyublar. Nə qədər təvcrübəli kino mütəxəssislərimiz varsa, onlardan istifadə etmək lazımdır. Bu, bizim sənətimiz üçün yaxşı olar. Odur ki, film çəkilişlərində təcrübəli, peşəkar mütəxəssislərin iştirakını olduqca faydalı və zəruri hesab edirəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top