"Tutarlı cavab vermədikcə, Ermənistan bizi "sülh dilənçisi" adlandırır" - Deputatdan SƏRT AÇIQLAMALAR

SİYASƏT 26 sen 2018, 12:45

"Xocalı aeroportu Azərbaycan ərazisidir. Oradan uçan istənilən hərbi təyyarə dərhal vurulmalıdır".


Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib. 


A.Əlizadə deyib ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağ və işğal altında olan digər rayonlar üzərində qanunsuz və icazəsiz uçuşlar edən erməni təyyarələrini vurmağa tam hüququ var:


"Bu gün Azərbaycanın tam ixtiyarı və hüququ var ki, ermənilərin hərbi təyyarələrini dərhal vursun. Çünki həmin təyyarələr qanunsuz şəkildə Azərbaycan ərazilərində hərbi məqsədlər üçün istifadə edilir. Azərbaycan ərazilərində qanunsuz uçuşlar edən mülkü təyyarələri belə vurmağa tam haqqımız var. Hesab edirəm ki, Azərbaycan tərəfi Qarabağda qanunsuz uçuşlar həyata keçirən erməni hərbi təyyarələri vurmalıdır. Əks halda bu Ermənistan üçün adi hala çevriləcək". 


Deputat qeyd edib ki, Azərbaycan bu addımı atsa, beynəlxalq hüquq da onu müdafiə edəcək:


"Bu məsələdə beynəlxalq hüquq və təşkilatlar da Azərbaycanın tərəfində olmağa məcburdur. Digər tərəfdən isə Azərbaycan ona qarşı edilən bu cür təhdidlərər layiqli cavab vermədikcə, Paşinyan özünü "qəhrəman" hesab edir. Bizim Hava Hücümundan Müdafiə Qoşunlarımız var. Axı nəyi gözləyirik? Təxribat törədən hərbi təyyarləri vurmaq lazımdır. Ümumiyyətlə, Qarabağ probleminin yeganə həlli yolu müharibə etməkdir. Bunu etmədikcə, Ermənistan tərəfi bizi "sülh dilənçisi" adlandırır. Bu isə Azərbaycan xalqına təhqirdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top