“İndi erməni hərbi təyyarələri Azərbaycan üzərində uçur, Xankəndinə eniş edir. Susub, seyr edirlər”.
Demokrat.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Paşinyan seçki kampaniyası çərçivəsində prezident İlham Əliyevin oğlunun əskərlik məsələsi barədə daxili auditoriyaya hesablanmış bir çıxış edəndə Azərbaycan bir-birinə dəydi. Hakimiyyət yetkilililəri, Paşinyanı devirməkdən, Xankəndinə asılacaq bayraqdan danışmağa başladılar. İndi erməni hərbi təyyarələri Azərbaycan üzərində uçur, Xankəndinə eniş edir. Susub, seyr edirlər”, – deyə, Arif Hacılı olaya etirazını bildirib.
Demokrat.Az