Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”

DÜNYA 31 iyl 2020, 11:22

ABŞ-ın keçmiş Prezidenti Barak Obama konqresmen Con Luisin dəfnində hazırkı Prezident Donald Trampı tənqid edib.


Bu barədə “Daily Mail” məlumat yayıb.


Dəfndə çıxış edən B.Obama mərhumun vətəndaş hüquqları aktivisti olduğunu və bütün həyatını hazırda hökm sürən demokratiyaya hücumlara qarşı mübarizəyə həsr etdiyini bildirib.


Eks-prezident D.Trampın adını çəkmədən ölkənin seçki sisteminin hazırda respublikaçıların hücumlarına məruz qaldığını vurğulayıb.


“Hakimiyyətdə insanları seçkidən yayındırmağa çalışanlar var. Onlar bizim səsvermə hüququmuza hücum edirlər”, - deyə B.Obama bildirib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top