ABŞ-da prezident seçkiləri təxirə salına bilər

DÜNYA 30 iyl 2020, 18:35

"ABŞ-da koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə builki prezident seçkilərinin təxirə salınması məqsədəuyğun olardı".


Demokrat.az xəbər verir ki, bu fikri prezident Donal Tramp “Twitter” hesabından irəli sürüb.


“Universal poçt səsverməsilə (əlverişli olan qiyabi səsvermə ilə yox) 2020-ci il seçkiləri tarixin ən QÜSURLU VƏ SAXTA seçkiləri olacaq. Bu da ABŞ üçün böyük çətinliklər əmələ gətirəcək. Xalq lazımi qaydada, təhlükəsiz və arxayın səs verə bilənədək seçkilər təxirə salınsınmı?”, - dövlət başçısı qeyd edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top