Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Nyu-Yorkda görüşəcək

SİYASƏT 26 sen 2018, 08:30

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək.

“Report” xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.

Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top