Türkiyənin COVID-19 peyvəndi insanlar üzərində test ediləcək

DÜNYA 30 iyl 2020, 18:09

Türkiyədə ilk dəfə COVID-19 peyvəndi insanlarda sınaqdan keçiriləcək.


“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, artıq beş aydır Ankarada peyvəndin hazırlıqları aparılır.


10 il əvvəl başqa bir layihə üçün hazırlanan süni ağciyər modelindən istifadə edərək, dondurulmuş və azot balonunda saxlanan ağciyərə məxsus immun hüceyrələrdən koronavirus peyvəndinin tədqiqatında istifadə olunub.


Hər şey qaydasında davam edərsə, ilin sonunda hazır olması hədəflənən peyvənd burun yolu ilə tətbiq ediləcək və dünyada ilk dəfə, hətta müəyyən müddət ərzində müalicəni dəstəkləyəcək.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top