Azərbaycanda illik inflyasiya faizi açıqlandı — RƏSMİ

İQTİSADİYYAT 30 iyl 2020, 13:38

“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalından aşağıda qalıb”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib:


“İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb”.


E.Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir:


“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5 faiz intervalında formalaşacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top