"Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin hər çıxışını özü üçün xəbərdarlıq kimi qəbul etməlidir" — YAP rəsmisi

SİYASƏT 25 sen 2018, 17:29

"Ermənistanın yeni rəhbərliyi Azərbaycanın xəbərdarlıqlarından artıq dərs çıxarmalıdır".


Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə bildirib. 


A.Mirzəzadə deyib ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanın mövqeyini hər dəfə daha dərindən başa düşməlidir:


"Ermənistan işğalçıdır və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlardan istifadə etmək əzmindədir. Bunların içərisində hərbi yol və döyüş vasitəsilə torpaqların işğaldan azad edilməsi də daim gündəmdədir. Ermənistandan fərqli olaraq Azərbaycanın həm yeni və müasir silahlar almaq, həm də bu cür silahlar istehsal etmək gücündədir. Buna görə də Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin hər çıxışını özü üçün xəbərdarlıq kimi qəbul etməlidir".


Deputat qeyd edib ki, Azərbaycan Ermənistanı hədələmir: 


"Əksinə, Azərbaycan ərazi bütövlüyünü və ədaləti bərpa etmək üçün Ermənistana öz gücünü göstərir. Bu gün Ermənistanda artıq cəmiyyət oyanıb. Erməni cəmiyyəti Köçəryan-Sarkisyan hakimiyyətlərinin fəlakətli siyasətlərinin icraçısı olmaq istəmir. Eyni zamanda erməni əhalisinin Nikol Paşinyana da hədsiz etimad göstərmək istəyi də yoxdur. Hazırda Nikol Paşinyanın Serj Sarkisyan siyasətinin yalnız formasını dəyişməklə davam etdirməsi şübhəsiz ki, Ermənistan cəmiyyəti tərəfindən çox sərt təpki ilə üzləşəcək. Ermənistanın sadə vətəndaşı öz övladını Paşinyan hakimiyyətinin avantürüst siyasətinə qurban vermək istəmir. Buna görə də indiki erməni cəmiyyəti Azərbaycanda gedən sosial-iqtisadi, hərbi, mədəni və digər sahələrdəki dirçəlişindən kifayət qədər məlumatlıdır. Bu gün cənab Prezident İlham Əliyevin iştirakı ilə keçirilən hərbi və müdafiə sənayesi sərgisi və orada nümayiş olunan yeni hərbi texnikalar Azərbaycanın gücünü göstərib".   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top