Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatır

DÜNYA 29 iyl 2020, 13:21

Ermənistanda daha 308 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 937-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 723-ə çatıb. İndiyədək 27 824 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 9 165 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top