Misirdə 7 nəfər edam edildi

DÜNYA 29 iyl 2020, 11:16

Misirdə bir polisi öldürmək və silahını oğurlamaqda təqsirli bilinən 7 nəfər edam olunub.


"Qafqazinfo" Misir mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə İsmailiyədə baş vermiş münaqişədə bir polisin qətlində şübhəli bilinən 7 nəfərin edam cəzası bu gün tətbiq olunub.


Mətbuatda, qətl hadisəsinin təhlükəsizlik qüvvələrinin İsmailiyədə mübahisə edən iki tərəfi ayırmağa çalışarkən baş verdiyi bildirilib.


Qeyd edək ki, Misir höküməti son illərdə edam cəzaları və onların icrası ilə əlaqədar beynəlxalq hüquq qurumlarının tərəfindən tənqid olunur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top