Baş nazirdən yeni QƏRAR

İQTİSADİYYAT 28 iyl 2020, 18:01

“Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları” təsdiqlənib.


Demokrat.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Bu meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanıb. Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların meyarlarını müəyyən edir.


Vergi Məcəlləsinin13.2.82-ci maddəsi riskli vergi ödəyicisi ilə bağlıdır.


Bildirilir ki, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən, əmtəəsiz və riskli əməliyyatlar aparan şəxsdir.


Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qəbul edilir.


Baş nazirin qərarında riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarları da göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top