Mayk Taysonun döyüş videosunda şübhəli məqam aşkarlandı

İDMAN 28 iyl 2020, 15:38

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Corc Forman həmyerlisi, eyni zamanda keçmiş dünya çempionu Mayk Taysonun məşq videosunda şübhəli məqam aşkarlayıb.

 

“Metro” nəşri bu barədə xəbər yayıb.

 

Forman bildirb ki, Tayson nədənsə sağ ayağını yükləmir:

 

“Mayk sağ əli ilə zərbə vurduğu zaman sağ ayağının hərəkət etmədiyi diqqətimi çəkdi. O, olduğu yerdə qalır”.


O, eyni zamanda, Taysonun sol ayağında hər şeyin qaydasında olduğunu vurğulayıb.


Forman qeyd edib ki, Tayson azarkeşlərə yalnız istədiyi məqamları göstərir.


Qeyd edək ki, Tayson aprelin sonunda xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istədiyini deyib. Amerikalı 2005-ci ildən bəri döyüşməyib. O, iştirak etdiyi 58 döyüşün 50-də qalib gəlib.


54 yaşlı Tayson sentyabrın 12-də Kaliforniyada keçmiş dünya çempionu, 51 yaşlı Roy Consla döyüşəcəyini bildirib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top