Hər iPhone indi sındırıla bilər

MARAQLI 28 iyl 2020, 14:44

“Apple” şirkətinin smartfonları və planşetlərindəki prosesorlara xas olan ümumi nöqsan üzündən onların qoruma sistemi dəf edilə bilər.


Demokrat.az xəbər verir ki, bu barədə “Digitpol” Çinin “PanGu” proqramçılar qrupuna istinadən bildirir.


Belə ki, sözügedən problemin qaynaqlandığı SEP (Secure Enclave Protection) prosesorlarının qoruma sistemi “Checkm8” aləti vasitəsilə on dəfə səhv parol yazılandan sonra dəf edilir. Bununla da cihaza daxil olmaq üçün kod tapmaq asanlaşır.


Ekspertlərin rəyincə, bu nöqsanı proqramlaşdırma vasitəsilə aradan qaldırmaq mümkün deyil.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top