Deputat: "Mərkəzdən Əli Kərimliyə tapşırıq gəldi: Milli Məclisi ələ keçirməyə çalış..." — MÜSAHİBƏ

MÜSAHİBƏ 28 iyl 2020, 12:40

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının "Demokrat.az" xəbər portalına müsahibəsi:


- Ermənilər Tovuzda törətdiyi təxribatlardan az sonra xarici ölkələrdə, o cümlədən ABŞ və Avropada azərbaycanlılara qarşı növbəti vəhşiliklər həyata keçirdilər. İnternetdə yayılan görüntülərdən də aydın görmək olur ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri təxribatlarda ASALA terror təşkilatı üzvləri fəallıq göstərirlər. Baş verənləri necə qiymətləndirirsiz?


- Artıq Tovuz ətrafında gedən döyüşlərdən 10 günə yaxın zaman keçir və həm döyüş əməliyyatları, həm də onunla bağlı proseslər haqqında bəzi müşahidələrimi sizinlə bölüşə bilərəm.


İyulun 12-dən bu günə qədər baş verən hadisələrin xronikası və mahiyyəti göstərir ki, təxribat xüsusi olaraq hazırlanmışdı. Paşinyanı “a” planında hücumla strateji yüksəklik ələ keçirilir, daxili auditoriyanın narazılığına son qoyulur və neft-qaz və kəmərləri, Qərb-Şərq dəmiryolu magistralı üzərində nəzarət imkanlarını qazanılır və Azərbaycana daha ağır şərtlər irəli sürülür. Bu plan ordumuzun fədakarlığı və peşəkarlığı ilə alt-üst edildi. 
Keçid edildi “b” planına.


Artıq Paşinyan, erməni diasporu və lobbisi ən müxtəlif formada Beynəlxalq və daxili auditoriyanı Azərbaycana qarşı yönəltməyə çalışır. Xüsusi olaraq, Azərbaycanda və Dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik duyğularına zərbə vurmaq üçün 3 istiqamətdə: sosial şəbəkələr vasitəsilə virtual aləmdə, Azərbaycanda və Azərbaycandan kənarda məkrli planlar işə salındı. Virtual aləmdə çaşğınlıq yaratmaq üçün cəhdlər edilsə də istəkləri alınmadı.

 

İyulun 12-dən mərkəzdən Əli Kərimliyə tapşırıq gəldi: adamlarını vətənpərvər insanlar içərisində yerləşdir və Milli Məclisi ələ keçirməyə çalış,  yaxınlıqda yerləşən AZ TV-ni ələ keçird, Müdafiə Nazirliyinə və DTX-nə hücumu təşkil et. Bu niyyət vaxtında Azərbaycan Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin peşəkarlığı ilə ifşa edildi. Hər halda gənclərimizin möhtəşəm vətənpərvərlik aksiyasına ləkə vurulmağa cəhd edildi. Lakin nəzərdə tutulan plan alınmadı.


Daha sonra, məkrli planın ağırlıq mərkəzi İyulun 20-dən Amerikaya, Avropa dövlətlərinə, Rusiya və Ukraynaya daşındı.


Soydaşlarımızın bayraqlarla ordumuza və dövlətimizə dəstək, erməni işğalına son qoymaq kimi haqlı tələblərlə dinc aksiyalar ASALA-nın fəal iştirakı ilə erməni vandalları tərəfindən hücuma məruz qaldı, xəsarət alanlarımız oldu. Mən onların vətənpərvərlik iradəsinu alqışlayır və onlara dərin təşəkkürümü bildirirəm.


Təxribat törədənlər günahı yenə də Azərbaycanın üzərinə qoymağa cəhd göstərir və bu riyakar planın reallaşmasında təkcə vətənimizə deyil, hətda atasının ruhuna belə xəyanət edən Sevinc Osmanqızı, milli xəyanətkarlar, ermənidən mayalanan Arif Məmmədov və Vidadi İsgəndərov kimi satqınlardan alət kimi istifadə etməkdədilər.


Ermənilərin həyata keçirmək istədiyi riyakar plandan bizim əks-hücum elementi kimi istifadə etmək imkanlarımız var və dövlətimiz bu baxımdan ciddi addımlar atır. 
Ordumuz ermənilərə və onları himayə edənlərə birmənalı olaraq gücünü göstərdi.

 

Biz bu gücü geniş miqyasda küçə və meydanlardan sosial şəbəkələrə, Dünyanın taleyini həll edən 20 ən güclü dövlətlərin mediasına, eyni zamanda aparıcı telekanallara daşımalıyıq. Ordumuzun güclənməsinə xidmət edən addımları ölkə prezidenti, cənab İlham Əliyev reallaşdırdı. Dövlət büdcəsindən ayrılan milyardlarla vəsait özünün əhəmiyyətli nəticələrini verdi.


İndi biz, həm də erməni təcavüzkarlarına qəhrəman ordumuz qədər güc göstərən informasiya cəbhəsinə diqqət yetirməli və bir nömrəli vəzifə kimi dövlətimizi də, bütün Azərbaycanlıları da bu baxımdan səfərbərliyə almalıyıq.


Yaxın zaman kəsiyində bunu edə bilsək tezliklə ermənilər üzərində tarixi qələbimizi və haqq işimizin dünya səviyyəsində dəstəklənməsini təmin edəcəyik. Başqa sözlə, güclə ordu, güclü informasiya qələbəmizin başlıca  şərtləridir.

 


- Bu hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı barədə də fikirlər səsləndirilir. Bu barədə nə deyə bilərsiz?


- Rusiya bu gün Paşinyanla müəyyən problemlər yaşayır. Ancaq unutmayaq ki, Ermənistan bir çoğrafi məkan kimi Rusiya üçün olduqca önəmlidir. 


- Ermənilərin Tovuz təxribatları göstərdi ki, işğalçı Ermənistan təkcə regiona deyil, həm də Qərbin yaxından dəstəklədiyi TANAP-TAP kimi enerji layihələrinə qarşı da açıq təxribatlar və təhdidlər etməkdən çəkinmir. Sizcə, işğalçı Ermənistanın bu təxribatlarına Qərb səsini çıxaracaqmı? 


- Bu sualımızla bağlı bir sıra təhlil yazılarında, xüsusi olaraq politoloq Eldar Namazovun açıqlamalarında toxunulub və mən də bu fikirdəyəm ki, neft və qaz kəmərlərini nəzarətə götürə biləcək niyyət təkcə Ermənistana aid deyil, bu, həm də Rosiyanın geosiyasi və geoiqtisadi maraqlarının tərkib hissəsidir.


Nəzərə alsaq ki, Türkmənistan da özünün nəhəng qaz ehtiyyatları ilə həmin layihədə yer almaq istəyindədi. Deməli, Avropada inhisarşı rus təbii qazına olduqca güclü alternative TANAP – TAP enerji daçıyıcısının daxil olması mahiyyətcə Rusiya üçün yumşaq desək heç bir halda arzu olunan deyil. 


- Sizcə, baş verən son hadisələr bütövlükdə regionda və Azərbaycanda yaxın gələcəkdə hansı dəyişikliyə səbəb ola bilər?


İyul döyüşlərinin nəticələri haqqında fikirlərimi Sizin portalda bölüşmüşük. Bir daha qısa olaraq təkrar etmək istərdim ki, ölkəmizin Ali Baş Komandanı və qəhrəman Silahlı Qüvvələrimiz Ermənistana və onun cəmiyyətinə çox ağır zərbələr vurdu. Bir-neçə günlük lokal döyüşlər həm də cəmiyyətimizi bütövləşdirdi, onun gücünü bütün dünyaya nümayiş etdirdi. Bax bu, daha möhtəşəm nəticədi və bu nəticə işğal edilmiş torpaqılarımızın azad edilməsini sürətləndirdi və onu daha da aktuallaşdırdı.      


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top