Ərdoğanla Putin Ermənistan-Azərbaycan gərginliyini müzakirə etdi

DÜNYA 27 iyl 2020, 22:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

 

Qeyd edilir ki, dövlət başçıları ölkələr arasındakı ikitərəfli münasibətləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyi müzakirə ediblər. Telefon danışığında həmçinin Suriya və Liviyada yaranmış mövcud vəziyyət də diqqət mərkəzində olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top