Luçesku istefa verdi — 4 gün əvvəl təyin olunmuşdu

İDMAN 27 iyl 2020, 23:38

4 gün öncə "Dinamo"ya (Kiyev) baş məşqçi təyin olunan Mirça Luçesku istefa verib.


Bu barədə rumıniyalı jurnalist Emmanuel Roşu məlumat yayıb.


Onun sözlərinə görə, həmyerlisi Kiyev təmsilçisinin azarkeşlərinin narazılığı səbəbindən bu addımı atıb.

 

Artıq Luçeskunun özü də məlumatı təsdiqləyib. Baş məşqçi azarkeşlərin təzyiqi altında çalışmaq istəmədiyini bildirib: "Təəssüf ki, "Dinamo" ilə əməkdaşlıqdan imtina etməli oldum.


Göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm. Bu cür düşmənçilik mühitində işləyə bilmərəm. Fanatların hərəkətlərini qəbul edə bilmirəm. Bu, klubun maraqlarına ziddir".


Sportinfo yazır ki, Luçesku "Dinamo"nun sükanı arxasına iyulun 23-də keçib. 75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Rumıniyalı baş məşqçi bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib.


Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top