"Ermənilər azğın millətdir, vaxtilə mənim meyxanamı oğurlamışdılar" — Ağamirzə

MÜSAHİBƏ 27 iyl 2020, 18:52

Tanınmış meyxanaçı Ağamirzənin Yenisabah.az-a müsahibəsi:


- Ağamirzə müəllim, karantini necə keçirirsiniz? Sənət adamları kasıblıqdan gileylənirlər. Sizdə vəziyyət necədir?


- Dövlət, Səhiyyə Nazirliyi nə deyirsə, ona əməl edirəm. Oturmuşam kəndimdə, həyətdə oluram, ağacların altında çay içirik, vaxtımızı keçiririk. Məndə vəziyyət yaxşıdır, şükürlər olsun. Hamıya da tövsiyyə edirəm ki, mümkün olduğu qədər qaydalara riayət etsinlər, evdən çıxmasınlar. Çıxanda da maska ilə çıxaq. Bircə bu bəla bizdən uzaq olsun, bitsin. Şükür Allaha, qarşısı yaxşı alınır, xəstələr azalmağa başlayıb.


- Karantin vaxtı yaradıcılıqdan çoxmu uzaq düşmüsünüz? Yazıb-yaratmaq, sənətinizi davam etdirmək imkanınız varmı?


- Yox, yox, mən qətiyyən dayanmıram, həmişə yazıb-yaradıram. Vaxtımız da boldur, imkan olduqca mütləq nəsə yazıram. 


- Yəqin ki, ermənilərin sərhəddə törətdiyi təxribatlardan xəbəriniz var. Düşmənin bu xəyanətindən sonra müharibə çağırışları daha da artıb. Sizcə, ermənilərə necə cavab verilməlidir?


- Bilirsiniz, bunlar bizimlə düşməndir. Bunlara mütləq cavab verilməlidir, amma ağıllı şəkildə. Mən özümdən misal çəkim, çıxıb sosial şəbəkələrdə dəqiqədə bir şey paylaşıb, nəsə demək olmaz. Ağıllı şəkildə, məsləhətlə bunlara cavab verilməli, yerlərində oturdulmalıdır! Onlar azğın millətdir – oğurluq onlarda, xəyanət onlarda. Mənim meyxanamı da vaxtilə oğurlamışdılar. Biz dünyanın hər yerində diri olmalıyıq, ayıq olmalıyıq. Onların qabağından qaçmaq lazım deyil. Ağıllı şəkildə, faktlarla onların qarşısında dayanmaq lazımdır. Ağsaqqalların, hökümətin, ordunun gücü ilə onları yerlərinə oturtmaq lazımdır.


- Tovuzda baş verən hərbi əməliyyatlarla bağlı nəsə yazmağı düşünürsünüzmü? Ümumiyyətlə, müharibə mövzusu yaradıcılığınızda yer alıbmı?


- Bəli, mən bu yaxınlarda gedən proseslərlə bağlı bir şeir də yazmışam:


Ey Vətən oğlu, eşit sözlərimi diqqət ilə, 

Nə gözəldir yaşamaq hörmət ilə izzət ilə 

Nə qədər şükr eləsək Tanrıya azdır yenə də 

Allahım zəngin edib ölkəni hər sərvət ilə.

Qeyrətin çəkməliyik biz bu gözəl yurdumuzun 

Anamız çünki doğubdur bizi bu qeyrət ilə. 

Qalmıyıb səbri qərar haydı, savaş vaxtı çatıb, 

Düşmənin kökünü kəsək, addım ataq cürət ilə. 

Rəsuallah buyurub şərəfli ölmək belədir, 

Kim əgər olsa şəhid, müjdələnər Cənnət ilə.


Mən bu şeirimlə demək istəyirəm ki, gəlin, ağıllı addımlar ataq, bu ermənilərə layiqli cavab verək. İstər Rusiyada, istər Avropada, istərsə də ordu gücü ilə onların cavabı mütləq verilməlidir. Çünki bu millət çox ziyankar, xəyanətkar, oğru və yaltaqdır.


- Meyxanada həmişə Ağasəlim və Nizami məktəbi olub. İndi də meyxanaçılar və bədihəçilər var. Bu bölücülük meyxananın inkişafına hansısa təsir göstərirmi?


- Yox, fikrimcə, heç bir təsir göstərmir. Meyxanaçılar o yandan, bədihəçilər də bu yandan öz güclərini ortaya qoyurlar. Bunun heç də inkişafa təsiri yoxdur. Məktəb həmişə olub – Maştağa məktəbi, Əhmədli, Sumqayıt, Yasamal məktəbləri olub, indi də var. Allah hamısını var eləsin


- Meyxana Maştağada yaransa da, sonradan Azərbaycanın bütün bölgələrinə yayılıb. Sizcə bu müsbət tendensiyadır ya mənfi?


- Yox, bu çox müsbət haldır. Meyxana əvvəllərdən Abşeron zonasında olub, indi isə demək olar bütün bölgələrimizdə var. Mənim tanıdığım cavan, yaxşı meyxana deyənlər var. Amma bəziləri bir balaca “tirpaşlıq” edirlər. Bunun da eybi yoxdur, başa düşmək olar, cavandılar. 


- Meyxananı hansısa musiqinin müşayiəti ilə deyilməsinə necə yanaşırsınız? Söhbət “muzikalni meyxana”lardan gedir.


- Mən buna pis baxmıram, məncə, bununla meyxana öz mahiyyətini itirmir. Bir neçə meyxanaçı var ki, “muzikalni meyxana” deyirlər və onlarda çox gözəl alınır, bunu bacarırlar. Mənim özümün də xoşuma gəlir. Amma “talpa” ki, düşür ortaya belə meyxana deməyə, onda yaxşı alınmır. Məsələn, mən özümdən misal çəksəm, “muzikalni meyxana” mənim üçün deyil. Bir də görürsən avtomatik qoşulub onlara məcbur deyirəm, amma bu tip meyxana mənim səsim üçün deyil. Amma beş-altı belə meyxana deyən var ki, onların səsinə oturur, onlarda hər iki tip meyxana alınır. 


- Meyxananın qayəsində əsasən tənqid və satira dayanır. Çağdaş meyxana deyənlərdən Nizami, Ağasəlim, Molla Məhəmməd bu ənəni davam etdirib. Lakin indi bu tip meyxanalar yoxdur. Sizcə, buna səbəb nədir?


- Bilirsiniz, biz elə özümüz də çalışırıq ki, çox siyasi yola getməyək. Çünki siyasət siyasətçilərin işidir. Həmişə cavanlara da tapşırıram. Vaxtilə məndə də səhvlər olub, bəzi şeylər etmişəm. Çalışırıq ki, mümkün qədər elə özümüzdən deyək, satira, mənalı, kəsərli sözlər deyək, meyxanamızı bu cür yaşadaq. Bu gün sənətimiz çox gözəl yaşayır. Bu yaxınlarda da ortaya göxəl bir layihə çıxaracağıq. 


- Sənət dostunuz Kərimin səhhətinin qənaətbəxş olmadığı deyilir. Onunla əlaqə saxlayırsınızmı? Vəziyyəti necədir?


- Gedib-gəlirdim, axırıncı dəfə may ayının biri getmişdim. Heç onda da yanına girə bilmədim. Ailəsi dedi ki, o vəziyyətdədir ki, yanına girilməli deyil. Amma telefonla 3-4 gündən bir əlaqə saxlayıram. Onda da özü ilə yox, yaxınları ilə. Axırıncı dəfə ad günündən qabaq getdim yanına, amma nə olsun, uzanıb, bir kəlmə də danışmır, ancaq dayanıb baxır. Allah göstərməsin, elə bil ki, muzeyə girmisən, dayanıb baxırsan. 4-5 dəfə dedik ki, “Kərim, Ağamirzədir”. Haçanda-haçana baxdı dedi ki, salam. Sonra yenə başını qoyub uzandı, fikrə getdi. Kərimin vəziyyəti pisdir. Bizim bir sənət dostumuzun – Mahir Cürətin də vəziyyəti heç yaxşı deyil. Çox gözəl meyxana deyəndi, qəzəlləri, şeirləri tanınır. Ayağında problem var.


- O vaxt Maştağada toyların birində Molla Məhəmməd “şairi kənddə kənarda saxlayırsan” qafiyəsi ilə dediyi meyxanada qəfil üzünü sizə tutaraq deyir ki, “Sən Elçini məzarda saxlayırsan”. (red – Elçin Atakişiyev Məşədibaba ilə mübahisə zəmnində həyatını itirib) Bu sadəcə meyxanada sizə atılan atmacadır, yoxsa bu sözün reallıqla əlaqəsi var?


- Qafiyədir də. Yox, reallıqla heç bir əlaqəsi yoxdur. Onun “məzarda saxlayırsan” deməsi ilə deyil ki, mən məzarın böyüyü zadı deyiləm ki, dayanım məzarda ki, çıxma ordan. Bu adi sözdür, meyxanada sözgəlişi deyilmiş bir şey idi. Bu da qafiyədir, burada heç bir şey yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top