Lukaşenkonun mühafizəsinin keçmiş rəisi 12 il müddətinə həbs edildi

DÜNYA 27 iyl 2020, 16:25

Belarus Təhlükəsizlik Şurası katibinin müavini, prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Andrey Vtyurin 12 il müddətinə azadlıqdan məhrum edilib.


Bu barədə Tut.by portalı məlumat yayıb.


A.Vtyurin 192 min dollar rüşvət almaqda günahkar bilinib.


Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkəcək A.Vtyurin, həmçinin, polkovnik-leytenant rütbəsindən məhrum edilib və rüşvət olaraq aldığı məbləği qaytarmalı olacaq.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top