“Hələ aprel döyüşlərindən sonra demişdim ki...” - Eldar Namazov

SİYASƏT 24 sen 2018, 17:54
Eldar Namazov: “Qarabağ probleminin həllində ordumuzun roluna daha çox diqqət ayrılmalıdır”
 
Ermənistanın baş naziri Nikol Paşinyanın zaman-zaman səsləndirdiyi hərbi ritorika ilə dolu bəyanatlar, sülh danışıqlarında iştiraka maraq göstərməməsi və s. rəsmi İrəvanla aparılın danışıqların heç bir perspektivə malik olmaması ilə bağlı proqnozlara yol açmaqdadır. 
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Eldar Namazov onun bu proqnozla aprel müharibəsindən dərhal sonra çıxış etdiyini vurğuladı:
 
“Mən hələ aprel döyüşlərindən sonra bildirdim ki, Ermənistanla aparılan danışıqların fayda verməsi ehtimalı azdır. Çünki qarşı tərəfin davranışları göstərir ki, düşmən danışıqlara meyl etmir, problemin dinc yolla nizamlanmasına maraq göstərmir, sülh təşəbbüslərini yetərincə qiymətləndirmir. Təbii ki, Azərbaycan münaqişənin ilk növbədə sülh yolu ilə həllində maraqlıdır və bu günə qədər də buna çalışır. Lakin hesab edirəm ki, bundan sonra problemin həllində daha çoxAzərbaycan odusunun roluna diqqət ayrılmalıdır. Azərbaycan ordusu bu missiyanın öhdəsindən gəlməyə, işğaldakı torpaqları azad etməyə qadirdir və bu, hər kəsə məlum olan bir həqiqətdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top