Putinlə Zelenski Donbası müzakirə etdi

DÜNYA 26 iyl 2020, 20:56

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.


Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər Ukraynadaxili böhranın tənzimlənməsi məsələsini müzakirə etmiş, Donbassda atəşkəsə dair əlavə tədbirləri yüksək qiymətləndirmişlər.

 
Qeyd edək ki, iyulun 22-də təmas qrupu Donbassda barışığı təmin etmək üçün əlavə tədbirlər barədə razılığa gəlib. Danışıqların nəticələrinə görə, 27 iyul Bazar ertəsi günündən başlayaraq tərəflər Donbassdakı demarkasiya xəttində atəşi dayandıracaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top