“Ədəbiyyatımızda ali baş komandanın obrazı yaradılmalıdır”

MÜSAHİBƏ 25 iyl 2020, 15:49

İyul döyüşlərində böyük qəhrəmanlığa imza atan şəhdilərimizlə bağlı filmlərin çəkilməsi, romanların yazılması məsələsi gündəmdədir. Artıq bu istiqamətdə bəzi addımlar atılıb ki, bu da incəsənətin və ədəbiyyatımızın baş verənlərə biganə qalmadığını göstərir.


Millət vəkili Nizami Cəfərovla söhbətimizdə ədəbiyyatın bu mövzuya olan marağı, şəhid və qəhrəmanlarımızın adının, göstərdiyi igidliklərin ədəbiyyat vasitəsi ilə əbədiləşdirilməsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi apardıq.


-Nizami müəllim, öncə iyul döyüşləri və cəmiyyətin buna reaksiya ilə bağlı fikirlərinizi bilmək istərdik?


-Bizim cəmiyyətimiz həqiqətən də baş verən hadisələrə həssas yanaşdı. Şəhidlərimizlə bağlı müxtəlif şəkillər paylaşıldı, sözlər deyildi və s. Baş verənlər göstərdi ki, həm gənc, həm də orta nəsildə vətənpərvərlik hisləri olduqca güclüdür.


Vətən uğrunda döyüşmək, şəhid olmaq cəmiyətimiz tərəfindən sadəcə kədərli bir hadisə kimi qiymətləndirilmir. Şübhəsiz, istənilən şəhidliyin təbiətində kədər var. Amma bununla yanaşı, bu, bizim taleyimizə düşmüş hal kimi qiymətləndirilir və bundan çox optimist nəticələr çıxarılır. Yəni baş verənlər onu göstərir ki, Azərbaycan xalqı öz gəncliyiinin timsalında, öz hərbçilərinin timsalında vətənini bütün təhlükələrdən qorumağa hazırdır və bu, qürurvericidir.


-Baş verənlərə xaricdəki soydaşlarımız da ciddi təpgi nümayiş etdirdi...


-Haqlısınız. Bu məsələdə xaricdəki Azərbaycan diapsorları, xaricdəki soydaşlarımız da ciddi aktivlik sərgilədi. Onların Avropanın, dünyanın bir sıra ölkələrində aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini erməni təxribatlarına cəlb etdilər. Onların apardığı mübarizə bir daha göstərdi ki, yalnız hərbi baxımdan deyil, siyasi-ideoloji baxımdan da yetkin xalqımız var.


-Bəs bu yetkinlik, bu qəhrəmanlıq ədəbiyyatımızda da öz əksini tapmalıdırmı?


-Təbii ki, bu, tərənnüm olunmalıdır. Bunun tərənnüm olunması üçün bizim imkanalrımız kifayət qədər güclüdür. Baxın, dünənə qədər tanınmayan bir insan, adi bir hərbçi bu gün hər kəsin tanıdığı qəhrəmana çevrilir.


Qəhrəmanlıq üçün böyük yaş lazım deyil. Bunun üçün bəzən böyük təcrübə də lazım gəlmir. Bu başqa məsələdir ki, böyük təcrübənin öz əhəmiyyəti var. Qəhrəmanlıq bir az impulsiv şeydir. Bu, xalqın canında olan bir şeydir. Hansı ki, lazımi məqam çatanda özünü göstərir.


Hər bir qəhrəmanlıq ədəbiyatımızın faktı olmalıdır. ədəbiyyatımız bunu damarlarında hiss etməlidir və edir də. Verilən reaksiyalardan da bu, özünü göstərir.


-Bəs ədəbiyyat bu məsələdə lazımi çeviklik sərgiləyirmi?


-Hesab edirəm ki, bizim peşəkar ədəbiyyatımız bu məsələdə lazımi çevikliyi göstərmir.


Çox gözəl şeirlər üçün mövzular var. Çox gözəl musiqi əsərləri üçün də mövzular var. Bu şeirlər, bu musiqi əsərləri ortaya çıxarılmalıdır. Çünki o gənclərin göstərdiyi qəhrəmanlıqlar buna layiqdir.


-Sizcə ədəbiyyatın diqqət yetirməli olduğu  daha hansı məqamlar var?

 
-Düşünürəm ki, ədəbiyyatımızda ali baş komandanın obrazı yaradılmalıdır. Bu, fundamental bir obraz olacaq. Bunun sadəcə xalqımız üçün deyil, bütün dünya üçün əhəmiyyəti var. Bu, Qarabağ probleminin həllinə də çox ciddi təsir göstərəcək. Düşünürəm ki, ədəbiyyatımızda bu obrazın yaradılması olduqca vacib və zəruri olan bir məsələdir.(moderator.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top