İranda koronavirusa yoluxanların sayı 290 minə çatır

DÜNYA 25 iyl 2020, 17:25

İranda son sutkada koronavirusdan 195 nəfər dünyasını dəyişib.


“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.


Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 316 nəfər artaraq 288 839 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 15 484 nəfərə yüksəlib, 251 319 pasiyent isə sağalıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top