Fransa sərhədləri yenidən bağlaya bilər

DÜNYA 25 iyl 2020, 14:10

Fransa hökuməti koronavirusun yayılması səbəbiylə sərhədləri yenidən bağlaya biləcəyini bildirib.


Demokrat.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Olivye Veran "Pais" qəzetinə müsahibəsində açıqlama verib: "Heç bir şeyi əvvəlcədən istisna etmək olmaz. Qarşılıqlılıq prinsipini qorumaq, dialoq aparmaq, məlumat mübadiləsi aparmaq və zərurət olduqda tədbirlər haqqında razılaşmaq vacibdir".


Nazir bildirib ki, yerli hakimiyyət orqanları hər gün, hər bölgədə epidemioloji vəziyyətin inkişafını izləyir. Əhalinin yenidən təcrid edilməməsi üçün Avropa ölkələri arasında bir kompromisin olub-olmaması sualını şərh edən Veran, indi bu vəziyyətə qayıtmamaq üçün mümkün bütün tədbirlərin görüldüyünü bildirib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top