Türkiyədə koronavirusdan daha 17 nəfər dünyasını dəyişdi

DÜNYA 24 iyl 2020, 22:50

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

 

Nazir bildirib ki, son 24 saatda 42 986 şübhəli koronavirus testindən keçib, onlardan 937-nin cavabı pozitiv çıxıb, bu gün daha 1009 xəstə sağalıb.

 

Türkiyədə indiyədək 224 252 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5580 nəfər ölüb, 207 374 nəfər müalicə olunaraq evə buraxılıb. 

 

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4,5 milyona yaxınlaşıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top