Putinin iclasında kimlər olub?

DÜNYA 24 iyl 2020, 18:30

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.


Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib: "Onlar, eyni zamanda, bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə ediblər".


İclasda Müdafiə naziri Sergey Şoyqu, Baş Nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matvienko və Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov,  Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandrr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə Prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib. ("Qafqazinfo")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top