Ermənistan rəsmən açıqladı: Azərbaycanlılar bizi bazara buraxmır

DÜNYA 24 iyl 2020, 16:28

Ermənistanın Rusiyadakı səfiri rəsmi şəkildə  Ermənistan mallarının  bazarlardan çıxarıldığını  bəyan  edib. Erməni səfir  bir  növ bununla  bağlı  gileyli  çıxış  edib.


Rusiya paytaxtı Moskvada “Tvoy Dom” (“Eviniz”) ticarət mərkəzləri şəbəkəsində erməni məhsulları yoxa çıxıb.


Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.
 

“İri ixracatçılar bizə müraciət ediblər. Onlar Araz Ağalarova və qonşu ölkədən olan digər şəxslərə aid olan “Tvoy Dom” şəbəkəsindən Ermənistan istehsalı olan bütün malların çıxarıldığını söyləyib”, - o deyib.
 

Səfirin sözlərinə görə, söhbət konservləşdirilmiş məhsullardan, həmçinin mineral su və alkoqollu içkilərdən gedir:
 

“Tvoy Dom” hipermarketlər şəbəkəsinin məxsus olduğu “Crocus Group” şirkəti məsələyə şərh verməkdən imtina edib.
 

Xatırladaq ki, bundan əvvəl də Moskvanın ən böyük bazarı olan “Food City” də Ermənistan məhsullarını satmaqdan imtina etmişdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top