ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”

DÜNYA 24 iyl 2020, 17:51

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.


Bu barədə “Hürriyet” məlumat yayıb.


ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.


“Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top