"Quska" Elton Məmmədovu ağır söyüşlərlə təhqir edib — SENSASİYA

HADİSƏ 24 iyl 2020, 14:45

Hazırda həbsdə olan "Quska" ləqəbli keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri Elton Məmmədovu ağır söyüşlərlə təhqir edib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Hüseyn Abdullayev 2005-2007-ci illərdə deputat olan vaxtı Milli Məclisin binasında Elton Məmmədovun üzünə dəfələrlə ağır söyüşlər söyübmüş.

 

Bu zaman hadisəyə şahidlik edən digər deputatlar - Əhəd Abıyev və Mirkazım Kazımov "Quska"nı sakitləşdirməyə çalışıb. Ancaq Hüseyn Abdullayev deputat həmkarlarını dinləməyib və yenə də Elton Məmmədovun ünvanına ağır və təhqiredici söyüşlər səsləndirib. 


Məsələ ilə bağlı Elton Məmmədovun fikirlərini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verməyib.  


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top