“Mercedes” 38 yaşlı velosipedçini vurub öldürdü

HADİSƏ 24 iyl 2020, 13:18

Masallıda maşın 38 yaşlı velosipedçini vuraraq öldürüb.


Demokrat.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb.


24 yaşlı Mahir Vəlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında olan velosipedçi, 38 yaşlı Elnur Zülfüqarovu vurub. Yaralı ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda ölüb.


Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top