Mənzildə dörd ay bükülü halda qalan qadın cəsədi tapıldı

DÜNYA 24 iyl 2020, 08:40

Paketə bürünmüş qadının cəsədi kirayədə yaşadığı evdə dörd ay ərzində döşəmənin üstündə qalıb.

 

“112” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

 

Cəsədi pul üçün gələn ev sahibi aşkarlayıb.

 

O, polislərə bildirib ki, həlak olan qadınla birlikdə yaşayan kişi bundan bir gün əvvəl ona zəng edərək, arvadının öldüyünü, buna görə də, bu ay da kirayə haqqını ödəyə bilməyəcəyini deyib.

 

Cəsədin yanında əl arabası tapılıb. Ehtimal ki, qatil cəsədi mənzildən çıxarmaq və cinayət izlərini itirmək istəyib.

 

Hazırda polis kişinin axtarışlarına başlayıb. Qonşular sonuncu dəfə onu bir gün əvvəl gördüklərini deyiblər.(oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top