İranda koronavirusdan ölənlərin sayı 15 mini ötdü

DÜNYA 23 iyl 2020, 17:36

İranda koronavirusdan son sutka ərzində 221 nəfər ölüb.


IRINN telekanalında bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Sima Sədat Lari virusdan ölənlərin sayının 15 074 nəfərə çatdığını bildirib.


Onun sözlərinə görə, fevralın 19-dan İranda COVID-19-a 284 034 nəfər yoluxub. Son bir gündə yoluxma hallarının sayı 2 621 təşkil edib.


O qeyd edib ki, virusdan 247 230 nəfər sağalıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top