Qısqanclıqdan 8 illik həyat yoldaşını yatdığı yerdə öldürdü

DÜNYA 23 iyl 2020, 11:51

İstanbulun Büyükçekmece rayonunda qandonduran qətl hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. İddiaya görə, psixolojik müalicə alan Ü.Ö. adlı şəxs dünən axşam saatlarında qısqanclıq zəmnində iki uşağının anası, 8 illik həyat yoldaşı Bahar Ö. ilə mübahisə etməyə başlayıb.


Qısa çəkən mübahisədən sonra cütlük yataq otağına girərək yatıb. Gecə yarısı qısqanc ər saatlar öncəki mübahisənin acığını arvadını boğub öldürərək çıxıb. Hadisəni törətdikdən sonra nə edəcəyini bilməyən Ü.Ö. bacanağına zəng edərək hər şeyi danışıb. Qandonduran olaydan xəbər ututan bacanaq məsələni polisə xəbər verib.


Hadisə yerinə gedən polislər Ü.Ö.-nü saxlayaraq polis idarəsinə aparıblar.(milli.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top