Bakıya sərnişin daşıyan sürücü 3 min cərimələndi — FOTO

HADİSƏ 23 iyl 2020, 10:47

Karantin qaydalarını pozaraq Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanılıb. 


DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib.


Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. 


Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top