Rusiyalı nazir müavini bəyan etdi: "Koronavirus peyvəndini hazırladıq!"

DÜNYA 22 iyl 2020, 11:12

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd hazırdır.


“MediaPost”un məlumata görə, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.


O, hərbi mütəxəssislərin və Hamaley adına Milli Tədqiqat Mərkəzinin alimlərinin iştirakı ilə yaradılan koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu qeyd edib.


“Mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin son qiymətləndirmələri aparıldı. Bütün könüllülər, istisnasız olaraq, koronavirusdan immunitet qazanaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır”, - deyə R. Tsalikov vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top