Ərdoğanla Merkel arasında telefon danışığı oldu

DÜNYA 22 iyl 2020, 10:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə Əlaqələr İdarəsi bildirib.


Məlumata görə, tərəflər söhbətin gedişatında Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.


Liderlər həmçinin iqtisadiyyat və turizm sferasında ikitərəfli əlaqələrin inkişafı üzrə addımları nəzərdən keçiriblər.


Bunlarla yanaşı, postpandemiya dövründə qarşılıqlı əlaqələr də daxil olmaqla, koronavirusa qarşı mübarizə məsələləri haqqında fikir mübadiləsi aparılıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top