Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü

DÜNYA 22 iyl 2020, 08:43

Koronavirus pandemiyasının başlanğıcından dünyada COVID-19-a 15 084 374 yoluxma hadisəsi qeydə alınıb.


Demokrat.az xəbər verir ki, bunu ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikası göstərir.


Bu halda pandemiya ərzində dünyada COVID-19 qurbanlarının ümumi sayı 618 476-ya çatıb.


Dünyada COVID-19-a yoluxma hallarının sayına görə Birləşmiş Ştatlar liderlik edir. ABŞ-da 4 028 365 insan koronavirus testlərinin müsbət nəticəsini alıb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 2 166 532 insan virusa yoluxub.


Koronavirusa ən çox yoluxmaya görə üçüncü yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 1 194 085 nəfər virus daşıyıcısı kimi qeydiyyata alınıb.


Qeyd edək ki, COVID-19 ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top