Ukraynada gərgin vəziyyət... — CANLI YAYIM

DÜNYA 21 iyl 2020, 14:30

Ukraynanın Lutsk şəhər mərkəzində 20 nəfəri girov götürən terrorçu avtobusdan qumbara atıb, ancaq qumbara partlamayıb.


Demokrat.az xəbər verir ki,  bu barədə 21 iyul çərşənbə axşamı DİN-in nazir müavini Anton Qeraşenko 112 Ukrayna efirində məlumat verib.

 

“Özünü “Maksim Pis” adlandıran adam avtobusdan F-1-ə bənzəyən bir qumbara atdı. Ancaq çeki olmadığı üçün bu qumbara partlamadı. Düşünürük ki, bu şəkildə o, hərbi silahının və təhlükəli olduğunu göstərmək istəyir” deyib.


O, həmçinin atəş nəticəsində avtobusun şüşəsinin sındırıldığını söyləyib.


“Həqiqətən, avtobusdan təxminən 300 metr məsafədə şüşəni sındıran bir atəş oldu. Düşünürük ki, onu vuran məhz o idi. İndi vəziyyət bütövlükdə nəzarət altındadır, şəhərdə nəqliyyat  dayanıb. Bu adamın təslim olmasını tələb edirik” deyə nazir müavini bildirib.


Xatırladaq ki, bu gün, 21 iyulda Lutsk şəhərinin mərkəzində əlində partlayıcı maddə olan silahlı şəxs 20 girovun olduğu bir avtobusu ələ keçirib.(konkret.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top