İtaliyanın məşhur mafiya qruplaşmasının 75 üzvü həbs olundu

DÜNYA 21 iyl 2020, 12:41

İtaliyanın maliyyə qvardiyası və İsveçrə polisi tərəfindən həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində İtaliyanın nüfuzlu "Ndrangeta" mafiya qruplaşmasının 75 üzvü həbs olunub.


Demokrat.az xəbər verir ki, İtaliyanın cənubundakı Katansaro əyalətinin maliyyə qvardiyasının nümayəndələrinin jurnalistlərə verdiyi məlumata görə, ümumilikdə 158 nəfər istintaqa cəlb olunub. Həbs olunanlar mafiya fəaliyyətində iştirak, beynəlxalq narkotik ticarəti, çirkli pulların yuyulması, korrupsiya və digər ağır cinayətlərdə ittiham olunurlar.


İtaliya tərəfdən 700-ə yaxın maliyyə qvardiyası üzvünün qatıldığı əməliyyat nəticəsində, cinayətkar qruplaşmaya məxsus, ümumi dəyəri 169 milyon avro olan əmlak müsadirə edilib.


"Ndrangeta"ya qarşı keçirilən son əməliyyatın İtaliya və İsveçrə hüquq-mühafizə orqanları tərəfindən təşkil olunan birgə istintaqın nəticəsi olduğu bildirilib.


Qeyd edək ki, "Ndrangeta" nın Siciliyanın "Koza Nostra" mafiya qruplaşması qədər məşhur olmasa da, dünyanın ən güclü cinayətkar təşkilatlarından sayılır. "Eurispes" araşdrıma institutu araşdırmasına görə cinayətkar qruplaşmanın 2007-ci ildəki gəlirləri 47 milyard avro təşkil edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top