“WhatsApp” istifadəçilərinin nəzərinə! Problem yaranıb

DÜNYA 21 iyl 2020, 09:30

“WhatsApp” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. 


BAKU.WS xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb. 


Məlumata görə, istifadəçilər “WhatsApp”da yazıların göndərilməsində çətinliklərlə üzləşiblər.


Bu problemlə daha çox Braziliya, Meksika, Çili, Argentina, eləcə də İndoneziya və Malayziya sakinləri üzləşiblər. 


ABŞ, Kolumbiya və Honq Konq sakinləri də sözügedən problemdən şikayət ediblər. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top