Müəllimlərə xəbərdarlıq: Onlara koronavirus peyvəndi vurulacaq

DÜNYA 20 iyl 2020, 15:26

Rusiyada koronavirus infeksiyası əleyhinə peyvəndin ilk növbədə risk altında olan, həmçinin böyük qruplarda işləyən və yaşayan insanlara vurulması nəzərdə tutulub.
 

Qamaleya adına Milli Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Qinzburq məlumat verib. O, belə bir qərarın Rusiya Səhiyyə Nazirliyi tərəfindən verildiyini bildirib:
 
 
“Əgər məndən soruşsanız, düşünürəm ki, ilk növbədə müəllimlərə, sonra təqaüdçülərə və mümkünsə bütün mütəşəkkil dəstələrə: böyük tikinti sahələrində çalışan, kazarmalarda, yataqxanalarda yaşayan insanlara vurmaq lazımdır”.
 

Ekspert hesab edir ki, peyvənd etməzdən əvvəl xəstə terapevtlə məsləhətləşməlidir, çünki xroniki xəstəliklərə əks təsir edə bilər.
 

Qinzburq bundan əvvəl bildirmişdi ki, böyüklər üçün koronavirus peyvəndinin sınaqları başa çatdıqdan və yalnız müsbət nəticə verdikdən sonra uşaqlar üzərində sınaqdan keçirilə bilər.(medicina.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top