Gürcüstanda yayılan virus ölümə səbəb oldu

DÜNYA 20 iyl 2020, 19:37

Gürcüstanın qərbində, İmereti bölgəsində orta yaşlı bir kişi Konqo-Krım hemorragik qızdırmasından ölüb.


“Sputnik Gürcüstan” bununla bağlı Xəstəliklərə Nəzarət Mərkəzinin İmereti regional şöbəsinin rəhbəri Qoçi Giorgidzenin açıqlamasına istnadla xəbər yayıb.


Bildirilir ki, vəfat edən şəxs Tsxaltubo sakinidir. İnfeksiyanın mənbəyi hələlik məlum deyil:


“Bu xəstəliyə Imeretidə nadir hallarda rast gəlinir. O, ksialoma cinsindən olan gənə dişləməsi vasitəsilə ötürülür. Bu cür hallar, əsasən, kənd təsərrüfatı ilə məşğul olan insanlarda müşahidə edilir”.


Cari ilin əvvəlindən Gürcüstanda 10 nəfərdə Krım-Konqo hemorragik qızdırması (CCHF) aşkar edilib.


Qızdırma, şiddətli intoksikasiya, dəri və daxili orqanlarda qanaxma ilə müşahidə edilən bu xəstəlik ilk dəfə 1944-cü ildə Krımda yayılıb.


Onun simptomları qəfil qızdırma, əzələ ağrısı, başgicəllənmə, boyun, bel ağrısı, başağrısı, göz iltihabı və fotofobiya (işığa həssaslıq) ilə ortaya çıxır. Ürəkbulanma, qusma, ishal, qarın, boğaz ağrısı, ardınca qəfil əhval dəyişikliyi və şüurun itməsi də mümkündür.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top